“Müstəqil Azərbaycan və Qadınlar” Mövzusunda Tədbir Keçirilib
November 28, 2025“Agrobiznes: yeni imkanlar və müasir çağırışlar” mövzusunda ictimai müzakirə keçirilib
November 28, 2025AQSİA və Dövlət Vergi Xidmətinin birgə təşəbbüsü ilə təşkil olunan görüşdə sahibkarlar suallarını vergi orqanlarına çatdırıblar
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı çərçivəsində “Qadın sahibkarların vergi ilə bağlı problemləri və həll yolları” adlı görüş keçirilib.
Açılış nitqində AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva korporativ sosial məsuliyyət məsələlərinə toxunaraq mövcud vəziyyət barədə məlumat verib. Daha sonra sahibkarların vergi ilə bağlı problemləri dinlənilib və mövzu ilə bağlı Vergi Xidmətinin rəis müavini Samirə Musayeva və Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov iştirakçıların suallarını cavablandırıblar.
Görüşdə qadın sahibkarlar ilə yanaşı kişi sahibkarlar, mühasiblər və hüquqşünaslar da iştirak edib. AQSİA-nın hüquqşünasları Arzu Alıyeva və Lamiyə Bayramova, üzvlər Xəyalə Mütəllimova, Ulduz Xanlarova, Rəna Qəfərova, Aynurə Hüseynova, Vəsilə Abulova, Lalə Qocayeva, Mədinə Paşayeva, həmçinin AKİAB-ın İdarə Heyətinin sədri və üzvləri və “BSC Consulting”-in hüquqşünasları sual və təkliflərini səsləndiriblər.
Kənd təsərrüfatı, xidmət və istehsal sahəsində fəaliyyət göstərən sahibkarlar görüşün vergi məsələlərinin həllində əhəmiyyətini vurğulayıb və bu cür tədbirlərin davamlı olmasının vacibliyini bildiriblər.
Qeyd edək ki, AQSİA hər zaman dövlət qurumları ilə birgə əməkdaşlıq çərçivəsində sahibkarlar üçün belə silsilə görüşlərin təşkilinə start verib.


