Səkinə Babayeva FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilən layihə təqdimatında iştirak edib
November 28, 2025Səkinə Babayeva MARSOL şirkətinin “Business Breakfast” görüşündə iştirak edib
November 28, 2025Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Bakı Tekstil Fabriki ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə Naftalanda şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və erməni terroruna məruz qalmış mülki şəxslərin ailələri ziyarət edilib. Onlara müxtəlif hədiyyələr təqdim olunub.
Şəhər İcra Hakimiyyətinin əməkdaşları ailələrin qayğı və problemləri ilə maraqlanaraq, şəhidlərimizin qanı bahasına qazanılmış möhtəşəm qələbə münasibətilə ürəkdən təbriklərini çatdırıblar.
Vətən Müharibəsi iştirakçılarının ailə üzvləri, şəhid ailələri və erməni terroruna məruz qalmış mülki şəxslər Prezident İlham Əliyevə təşəkkürlərini bildirərək, Azərbaycan xalqına xoşbəxt günlər yaşatdığı üçün minnətdarlıqlarını ifadə edib, Müzəffər ordumuzla fəxr etdiklərini vurğulayıblar.



