Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi tədbir keçirilib
November 28, 2025Səkinə Babayeva “İnnovasiyada Qadın” 9-cu Sahibkarlıq Düşərgəsinin mükafatlandırma mərasimində münsif qismində iştirak edib
November 28, 2025Milli dəyərlərin təşviqi və qadın sahibkarların rolunun gücləndirilməsi məqsədi ilə unikal tədbir təşkil olunub
2025-ci il 23-25 oktyabr tarixlərində #Paşa Events-in təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (#KOBİA) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (#AQSİA) təşkilati dəstəyi ilə Qafqazda və Azərbaycanda ilk dəfə “Ailə və Toy” sərgisi ziyarətçilərin üzünə açılıb.
Üç gün davam edən tədbir toy və ailə sənayesi sahəsində fəaliyyət göstərən 100-dən artıq yerli və beynəlxalq şirkəti bir araya gətirib. Sərginin məqsədi müvafiq sektorda fəaliyyət göstərən sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi, ailə dəyərlərinin və milli adət-ənənələrin təşviqi və qadın sahibkarların rolunun gücləndirilməsi olub.
Sərgidə gözəllik salonları, gəlinlik markaları, dekorasiya şirkətləri, zərgərlik məhsulları, avtomobillər, foto və video studiyalar, həmçinin ailə ilə bağlı xidmətlər təqdim edən şirkətlər öz stendlərini nümayiş etdiriblər.
Rəsmi açılış mərasimi milli adət-ənənələri əks etdirən musiqi sədaları ilə başlayıb. Tədbir iştirakçıları sərgilərin milli dəyərlərin qorunması, ailə mədəniyyətinin təşviqi və sahibkarlar arasında əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Açılış mərasimində bir sıra dövlət qurumlarının və təşkilatların nümayəndələri iştirak ediblər. Rəsmi qonaqlar arasında Paşa Events-in təsisçisi və direktoru Elxan Paşayev, AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, KOBİA-nın İdarə Heyətinin sədr müavini Emil Hüseynov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ülkər Əlizadə, ABAD publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və Milli Məclisin deputatları Şahin Seyidzadə və İlham Məmmədov iştirak ediblər.
Rəsmi çıxışlardan sonra dövlət rəsmiləri və təşkilat nümayəndələri sərgidə iştirak edən şirkətlərin stendləri ilə yaxından tanış olublar.



