Qadın sahibkarlar əlil döyüşçülərin futbol komandası ilə görüş keçirib
November 22, 2025AQSİA üzvləri üçün “Emosional İntellekt” təlimi keçirilib
November 22, 2025AQSİA və Bakı Tekstil Fabriki Avropa çempionatına vəsiqə qazanan komandaya maddi və mənəvi dəstək verib
Koronavirus (COVID-19) pandemiyasına qarşı Azərbaycanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə bir sıra ictimai təşkilatlar da dəstək göstərir. Bu çərçivədə “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” (AQSİA) və Bakı Tekstil Fabriki MMC (BTF) “Qarabağ Əlil Döyüşçüləri” Futbol Federasiyası komandasının üzvlərini ziyarət edərək onlarla görüş keçiriblər.
AQSİA və BTF təmsilçiləri Gəncə şəhəri, Kəpəz, Tovuz və Qazax rayonlarındakı komanda üzvləri ilə görüşlər keçirib. Xatırladaq ki, komanda üzvləri bir müddət əvvəl Avropa çempionatına vəsiqə qazanaraq mühüm nailiyyət əldə etmişdilər.
Görüşün məqsədi Avropadakı mötəbər yarışda iştirak edəcək komanda üzvlərinə maddi və mənəvi dəstək göstərmək olub. AQSİA və BTF təmsilçiləri həmçinin komanda üzvlərinin fəaliyyəti, gördükləri işlər və gündəlik durumları ilə maraqlanıblar.
Eyni zamanda, Federasiya təmsilçilərinə AQSİA və BTF tərəfindən yardımlar təqdim edilib.



