Qadın sahibkarlar əlil döyüşçülərin futbol komandasına dəstək göstəriblər
November 22, 2025AQSİA yanğın qurbanlarına dəstək göstərib
November 22, 2025Təlim Ukraynanın aparıcı psixoloqu Svetlana Marçek və beynəlxalq mütəxəssislərin iştirakı ilə baş tutub


21 avqust 2020-ci il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) işçi heyəti və üzvləri üçün “Emosional İntellekt” mövzusunda təlim təşkil olunub. Təlimi Ukraynanın aparıcı psixoloqu Svetlana Marçek aparıb.
Beynəlxalq tədbirdə həmçinin Rusiyadan Viktoriya Nalbandova və Qazaxstandan Yana İssakova təlimçi qismində çıxış ediblər.
Təlimdə Azərbaycandan AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva, Protokol Şöbəsinin rəhbəri Günay Həsənli, Kənd Təsərrüfatı sahəsi üzrə müavin Kəmalə Məmmədli və Assosiasiyanın fəal üzvü, Organic Life MMC-nin direktoru Günay Səfərova iştirak ediblər.
Təlim iştirakçıları emosional intellektin gündəlik həyatda və iş mühitində tətbiqi, effektiv kommunikasiya və liderlik bacarıqlarının artırılması mövzusunda bilik və tövsiyələr əldə ediblər.

