AQSİA “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” III forumunu keçirib
November 22, 2025AQSİA Gədəbəy rayonunda aztəminatlı ailələrə və ailə başçısı qadınlara humanitar yardım göstərib
November 22, 2025Layihə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə icra olunur
9 noyabr 2020-ci il tarixində, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Tovuz rayonunda ailə başçısı qadın olan həssas ailələrin iqtisadi gücləndirilməsi” layihəsi çərçivəsində benefisiarların monitorinqi keçirilib.
Monitorinq zamanı layihə iştirakçılarının iş məkanları ziyarət olunmuş, qrant olaraq təqdim edilən biznes avadanlıqların istifadəsi yoxlanmış və onlarla müsahibələr aparılmışdır. Benefisiarlar qeyd ediblər ki, layihə çərçivəsində onlara verilən biznes vəsaitlər sayəsində gəlirləri orta hesabla 30-70% artmışdır.



