Qəbələdə “Azərbaycan Turizm Forumu” keçirilmişdir
November 21, 2025WE2019 müsabiqəsinin seçki komissiyası xanım sahibkarlarla görüşüb
November 21, 2025“Türklərin qızıl dövrü” kitabının təqdimatı və “Qafqaz tarixi” mövzusunda çıxış
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva, xüsusi dəvətlə, Türkiyəli tarixçi, professor İlbər Ortaylının “Türklərin qızıl dövrü” kitabının təqdimatı və imza günündə, eləcə də “Qafqaz tarixi” mövzusunda mühazirəsində iştirak edib.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir Türkiyənin Azərbaycandakı Səfirliyinin himayəsi və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) tərəfindən həyata keçirilib. Professor Ortaylı çıxışında Qafqazın qədim tarixi, müxtəlif millətlərin burada yaşaması və regiondakı münaqişələr barədə danışıb. O, xüsusilə ermənilərin bu torpaqlara sonradan yerləşdiyini və Qafqazda türklərin böyük hegemonluq rolunu vurğulayıb.
Ortaylı həmçinin Azərbaycan və Türkiyənin yaxın iki türk dövləti olduğunu, “Bir millət, iki dövlət” prinsipinin ölkələr arasındakı mədəni və tarixi əlaqələri əks etdirdiyini qeyd edib. O, türk xalqının Orta Asiyadan Balkanlara qədər çoxsaylı dövlətlər yaratdığını və tarixi mədəniyyətinin zənginliyini önə çıxarıb.
Qeyd edək ki, İlbər Ortaylı Bakıda bir sıra görüşlər və mühazirələr keçirməyi planlaşdırır və bu tədbirlər çərçivəsində tarixi, mədəni və ictimai mövzular geniş müzakirə olunacaq.



