Bakıda “Beynəlxalq Uşaq Oyuncaqları Sərgisi” keçirilib
November 21, 2025Bakıda I Gənc Sahibkarlar Forumu keçirildi
November 21, 2025AQSİA sədrinə “İlin Müvəffəqiyyətli Məslək Təşkilatı Mükafatı” təqdim edildi
16-cı beynəlxalq “İpəkyolu Mükafat Mərasimi”ndə İpəkyolu Dərgisi tərəfindən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva “İlin Müvəffəqiyyətli Məslək Təşkilatı Mükafatı”na layiq görülüb.
Səkinə Babayevanın bu mükafata layiq görülməsi onun qadın sahibkarlığının inkişafına verdiyi töhfələr, qadınların biznes fəaliyyətində fəallığının artırılması, onların maarifləndirilməsi və sosial-iqtisadi təşəbbüslərinin dəstəklənməsi istiqamətində göstərdiyi ardıcıl fəaliyyətin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilib.
Beynəlxalq “İpəkyolu” mükafatı regionda müxtəlif sahələr üzrə fərqlənən şəxslərin və təşkilatların fəaliyyətini təşviq etməyi məqsəd qoyan nüfuzlu tədbirlərdən biri kimi tanınır.



