Tofiq İsmayılovun 80 illik yubileyi Beynəlxalq Muğam Mərkəzində qeyd edildi
November 21, 2025Səkinə Babayeva professor İlbər Ortaylının mühazirəsində iştirak edib
November 21, 2025AQSİA üzvləri əlilliyi olan sənətkarların məhsullarını sərgidə təqdim edib


20 aprel tarixində Qəbələ Konqress Mərkəzində, Tourism Lab. MMC tərəfindən təşkil olunan “Azərbaycan Turizm Forumu” keçirilib. Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) da iştirak edib və assosiasiya üzvlərindən 10 nəfər əlilliyi olan sənətkarın əl işlərinin satış sərgisi təşkil olunub.
Forum çərçivəsində turizmin inkişafına dair bir çox mütəxəssislərin çıxışları təqdim olunub. Spikerlər sırasında Spektr Travel-in direktoru Göydəniz Qəhrəmanov, HRS-in Regional Direktoru Orxan İsayev, Digital Sharks direktoru Denis Xripunov, Rivka Xripunova (İngilis Dili üzrə Distant Təhsil müəllimi), Chenot Palace Health Wellness Hotel Baş Meneceri Daniel Bukhard, Winter Park Hotel Baku Satış və Marketinq Şöbəsinin Direktoru Azər Məmmədzadə, Digital Mütəxəssis Niyazi Qasımov, Tufandağ Resort Otelinin Baş Direktoru Şəbnəm Fərman, Gilan Holding Satınalma üzrə Direktoru Seymur Haciyev iştirak ediblər.
Çıxışlardan əlavə, forumda turizmin inkişafı, regionlarda turizm imkanlarının genişləndirilməsi və yerli sənətkarların turizm sektoruna inteqrasiyası ilə bağlı mövzular müzakirə olunub. AQSİA-nın iştirakı tədbirdə sosial məsuliyyət və əl işlərinin təşviqi baxımından xüsusi diqqət çəkib.

