İsmayıllıda “Yaşıl Market” Ticarət Mərkəzinin açılışı olub
November 21, 2025Tovuzda gənc sahibkar qadınlar üçün Kiçik sahibkarlıq simulyasiya təlimləri keçirilmişdir
November 21, 2025Sahibkarlar dövlət dəstəyi mexanizmləri və əməkdaşlıq imkanları barədə məlumatlandırılıb


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkəmizdə fəaliyyət göstərən və yüzlərlə sahibkarı birləşdirən biznes assosiasiyaları ilə görüş təşkil edib.
Görüşdə nar, arıçılar, şərab, xurma, zeytun, tikinti materialları, turizm, mebel, qablaşdırma, tekstil, maşın və avadanlıqlar istehsalçıları və ixracatçıları, həmçinin qadın və əlil sahibkarlar assosiasiyalarının nümayəndələri iştirak edib. İştirakçılar dövlət dəstəyi mexanizmləri, o cümlədən Prezident İlham Əliyevin 29 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyi barədə məlumatlandırılıb.
Görüş zamanı biznes assosiasiyalarının gücləndirilməsi və KOBİA ilə əməkdaşlıq imkanları müzakirə olunub, müxtəlif təkliflər səsləndirilib.
Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının PR meneceri Hüseyn İsayev də iştirak edib.

