Səkinə Babayeva Varşavada Azərbaycan Ticarət Evinin açılışında iştirak edib
November 12, 2025Azərbaycanda Özəl Sektorda Qadınlar: İmkanlar və Çətinliklər – gender qiymətləndirməsinin təqdimatı
November 12, 2025Vergi və əmək qanunvericiliyi üzrə maarifləndirmə və təcrübə mübadiləsi
8 dekabr 2018-ci il tarixində “Y-lex Consulting” şirkətinin təşəbbüsü və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə sahibkar xanımlar üçün səhər yeməyi formatında görüş keçirilib.
Tədbir zamanı xanımlar masa ətrafında bir araya gələrək sahibkarlıq fəaliyyəti ilə bağlı onları maraqlandıran məsələlər barədə məlumatlandırılıblar və bir-biri ilə tanış olaraq ünsiyyət qurublar. Görüş çərçivəsində vergi qanunvericiliyində son dəyişikliklər və əmək qanunvericiliyinin vacib aspektləri müzakirə edilib.
“Y-lex Consulting” şirkətinin hüquqşünasları və digər təcrübəli əməkdaşları iştirakçıların suallarını mövcud qanunvericiliyə əsasən cavablandırıb və öz təcrübələrini bölüşüblər.
Tədbir iştirakçıları bu kimi görüşlərin sahibkarlığın inkişafına töhfə verdiyini vurğulayaraq gələcəkdə də müzakirələrin davam etdirilməsinin vacibliyini qeyd ediblər.



