AQSİA-nın sədri Səkinə Babayeva Türkiyənin 95 illik Cümhuriyyət ildönümü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib
November 12, 2025AQSİA-nın üzvü Cəmilə Abdullayeva “Dövlət və Özəl Sektorun Dialoqu” tədbirində iştirak edib
November 12, 2025Görüşdə akselasiya proqramları və sahibkarlar üçün planlaşdırılan fəaliyyətlər müzakirə olunub
29 oktyabr tarixində Azərbaycanda Qadın Sahibkarlarının İnkişafı Assosiasiyası (#AQSİA) İctimai Birliyinin Biznes İnkubatorunun fəaliyyəti ilə bağlı ilk görüş baş tutub.
Görüşdə Assosiasiyanın sədri Səkinə Babayeva, idarə heyətinin üzvü Cəmilə Abdullayeva, Horizont Next-in CEO-su Rəşid Əliyev, Fokus MMC-nin hüquqşünası Yusif Hüseynov və Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri Vidadi Baxışlı iştirak ediblər.
Müzakirələr zamanı biznesin akselirasiyasının proqramlarının hazırlanması, kiçik, orta və böyük sahibkarlar üçün sahələr üzrə bölgü, eləcə də təyin olunan şirkətlərin intervyu tarix və saatlarının təşkili barədə məsələlərə toxunulub.



