“İqtisadiyyatda Həmrəy Qadınlar” korporativ səhər yeməyindən fotolar təqdim olunub
November 11, 2025AQSİA rəhbərliyi Dövlət Komitəsinin sədr müavini ilə görüşüb
November 11, 2025Tikiş maşınları hədiyyə edilərək qadın sahibkarlığının təşviqi və dəstəklənməsi təmin olunub
“İqtisadiyyatda Həmrəy Qadınlar” layihəsi çərçivəsində AQSİA üzvləri və tərəfdaşları II Qarabağ müharibəsində şəhid və qazi ailələrindən olan xanımlara tikiş maşınları təqdim edərək onlara işində dəstək olublar.
- Rəna Qəfərova (@rena_gafarova_) tərəfindən Kapitan Abbasov Nahidin anası Ceyran xanıma tikiş maşını hədiyyə edilib.
- Panoramic Restaurant, Aybəniz xanım, CVM Jewellery və Vəsilə Abulova, BSC.az və Venera Mütəllimova tərəfindən Baş Gizir Babayev Muradın həyat yoldaşı Xalidə Hümbətovaya tikiş maşını verilib.
- Məhəbbət İbrahimova (@maxa_ibr), Günay Kazımova (@g_kazimova_m.m), Təranə Paşayeva (@loqos.az), Mehbarə Məmmədova (@azeturizm), Validə xanım (AVESTA Concern Tikinti) və Səkinə xanım (@btf.az) tərəfindən Qazi Polkovnik Şahbazov Mayılın həyat yoldaşı Samirə Şahbazovaya tikiş maşını təqdim olunub.
Tədbir zamanı bir sıra qazi və şəhid ailəsi xanımların işə müraciət CV-ləri də qonaq sahibkarlar tərəfindən dəyərləndirilib.



