AQSİA İH sədri Səkinə Babayeva “I Regional Gənclər və Turizm Forumu”nda iştirak edib
November 11, 2025AQSİA İH sədri Səkinə Babayeva Milli Məclis üzvləri ilə görüşdə iştirak edib
November 11, 2025Səfər çərçivəsində Heydər Əliyev abidəsi və muzeyi ziyarət olunub, “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, o cümlədən AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva Naxçıvana səfər ediblər.
Səfər Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb, ardınca qonaqlar Heydər Əliyev Muzeyində olub və onun zəngin həyat yolu, dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat alıblar.
Daha sonra Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib. Tədbirdə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, dövlət qurumlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edərək Heydər Əliyevin müasir vətəndaş cəmiyyətinin formalaşmasındakı tarixi rolunu müzakirə ediblər.



