AQSİA üzvləri arasında əməkdaşlıq müqaviləsi imzalandı
November 10, 2025“Azərbaycan Sağlamlıq Günləri 1: Artroplastika” konfransı keçirildi
November 10, 2025Səkinə Babayeva türkdilli ölkələrin qadın sahibkarları ilə bir araya gəldi
27 sentyabr 2023-cü il tarixində Qazaxstanın Aktau şəhərində “Qadın Sahibkarlığı Beynəlxalq Konqresi” təşkil olunub. Konqresin əsas məqsədi qadınların iqtisadi fəaliyyətini genişləndirmək, onların sahibkarlıq imkanlarını artırmaq və maraqlı tərəflər arasında dialoq yaratmaqdır.
Tədbirdə Qazaxstanın mərkəzi və regional dövlət orqanları, diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatlar, banklar, qadın biznes icmalarının rəhbərləri, akademik dairələr və ictimai birliklər iştirak etmişdir. Azərbaycandan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri, Türkdilli Ölkələrin Ticarət və Sənaye Palatasının Qadın Sahibkarlar Komitəsinin sədri Səkinə Babayeva konqresdə çıxış etmişdir.
Konqres çərçivəsində qadınların iqtisadi fəaliyyətdə iştirakını artırmaq üçün mövcud maneələr və stereotiplər müzakirə olunub, qadın sahibkarlara dəstək verən ekosistemlər və maliyyə layihələri təqdim edilmişdir. Görüşlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17-ci bəndi ilə uyğunluq təşkil edir.



