AQSİA beynəlxalq Erasmus+ layihəsinin tərəfdaşı oldu
November 10, 2025AQSİA sahibkarlar üçün Ramazan ayı münasibətilə iftar yeməyi təşkil etdi
November 10, 2025Dövlət-özəl əməkdaşlığı çərçivəsində sahibkarların məsələləri müzakirə olunub
İqtisadiyyat Nazirliyi yanında İctimai Şura ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında keçirilən görüşdə Azərbaycanda sahibkarlığın inkişafı, sahibkarların qarşılaşdıqları problemlər və onların həllində dövlət-özəl əməkdaşlığının önəmi müzakirə olunub. Görüşdə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva da iştirak edib. Tərəflər normativ-hüquqi aktların hazırlanması, qanunvericilikdə dəyişikliklərin edilməsi və sahibkarların hüquqyaratma prosesində iştirakının vacibliyini qeyd edib, ASK ilə kommunikasiya mexanizmləri və sahibkarların təklif və şikayətlərinin yönləndirilməsi modeli haqqında məlumat verilib. Həmçinin əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.



