AQSİA “Sağlam Gələcək – Peyvənd həyat qurtarır” adlı sosial layihə həyata keçirib
November 10, 2025AQSİA İH sədri Səkinə Babayeva “Türk iş adamları birlikləri ilə əməkdaşlıq” mövzusunda ictimai dinləmədə çıxış edib
November 10, 2025Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə keçirilən forum “Yenilikləri fürsətə çevir!” devizi altında karyera inkişafı və əmək bazarının yeni trendlərinə həsr olunub.
AQSİA İH sədri Səkinə Babayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə üçüncü dəfə Azərbaycan Karyera İnkişaf Forumunda iştirak edib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev, Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev, Elm və Təhsil nazirinin müavini İdris İsayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları, dövlət və özəl qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan resursları mütəxəssisləri, top menecerlər, təhsil ekspertləri və inkişaf mentorları iştirak ediblər.
“Yenilikləri fürsətə çevir!” devizi ilə təşkil olunan builki forumun məqsədi karyera inkişafı üzrə yerli və qlobal nailiyyətləri, müasir yanaşmaları, rəqabətli mühitdə kadr ehtiyatının formalaşdırılması üçün effektiv ali təhsil strukturunun qurulması mexanizmlərini, daim dəyişən dünyada tələb olunan bacarıqları və karyera sahəsində müasir tələb-təklif trendlərini analiz edərək düzgün nəticə çıxarmağa imkan yaratmaqdır.


