“Sahibkarlar Günü” və ASK-nın 25 illiyi münasibətilə konfrans keçirilib
November 8, 2025AQSİA-nın Növbəti Korporativ Səhər Yeməyi keçirilib
November 8, 2025Forumda türk dövlətləri qadın sahibkarları arasında əməkdaşlıq mövzusunda memorandum imzalanıb və biznes mühitinin yaxşılaşdırılması istiqamətində yeni mexanizmlər müzakirə olunub.
Türkiyə Ticarət və Sənaye Palatası (TTSO) Qadın Sahibkarlar Komitəsinin (KGK) 2-ci Baş Assambleyası və Biznes Forumu B2B, Şəbəkə görüşü 18 aprel 2024-cü il tarixində İstanbulda keçirilmişdir.
TTSO Qadın Sahibkarlar Komitəsinin Nümayəndə Başçılarının çıxışları ilə başlayan Baş Assambleyada bir neçə həftə əvvəl TTSO-nun tamhüquqlu üzvü olmuş Türkmənistandan olan nümayəndə də iştirak edib.
Baş Assambleyadan sonra təşkil edilən Qadın Sahibkarlar Komitəsinin 2-ci İş Forumunu İstanbul Ticarət Palatası Başçısı, TOBB Başçı Köməkçisi Şekib Avdagiç açıb. Açılış nitqlərini Türkiyə Ticarət və Sənaye Palataları Birliyinin sədri, TOBB-nun prezidenti Rifat Hisarcıklıoğlu və Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukazan söyləyib.
Baş katibin müavini M.Mukazan Biznes Forumdakı çıxışında türk dövlətlərində qadın sahibkarların xalqların gələcəyinin formalaşmasında əsas rolunu vurğulayıb. Qadın sahibkarlara dəstək məqsədilə TDT və TTSO-nun fəaliyyəti və yeni mexanizmləri haqqında məlumat verən M.Mukazhan bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Tərəflər Türkiyə regionunda əngəllərin aradan qaldırılması və qadın sahibkarlar üçün daha yaxşı biznes mühitinin yaradılması istiqamətində səylərini davam etdirmək barədə razılığa gəliblər.
Forum çərçivəsində Qadın Sahibkarlar Komitəsinin ilk sədri Səkinə Babayeva və Özbəkistan qadın sahibkarları arasında əməkdaşlıq memorandumu imzalanıb.
TTSO Qadın Sahibkarlar Komitəsinin 3-cü Ümumi Yığıncağı 2025-ci il oktyabrın ortalarında Astanada keçiriləcək.



