Beynəlxalq Aqrar İnnovasiya Forumunda qadın sahibkarların rolu müzakirə olunub
November 8, 2025Bakıda “Könüldən Könülə Qardaşlıq Nəğmələri” Konserti Keçirilib
November 8, 2025AQSİA və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Türk Dünyası” stendlərində qadın sahibkarlar məhsullarını nümayiş etdiriblər
15-17 may 2024-cü il tarixlərində keçirilən sərgidə Azərbaycanda Qadın Sahinkarlığının İnkişafı Assosiasiyası təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə türkdilli ölkələrin kənd təsərrüfatı sahəsində çalışan sahibkar qadınlara məxsus stend nümayiş etdirilib.
Stenddə nümayiş olunan məhsullar Türkiyə, Şimali Kipr Türk Respublikası, Özbəkistan, Qazaxıstan, Qırğızıstan eləcə də yerli qida və kənd təsərrüfatı məhsullarıdır.
“Türk Dünyası” dünyası stendini Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Özbəkistanın Azərbaycandaki səfiri səfiri Bahrom Aşrafxanov və Macarıstan səfirliyinin İqtisadi əlaqələr üzrə nümayəndəsi ziyarət edərək sahibkarların məhsullarına baxış keçiriblər.


