Xankəndidə qadın sahibkarın ilk müəssisəsi açılıb
November 8, 2025Türkdilli ölkələrin qadın sahibkarları sərgidə öz məhsullarını təqdim edib
November 8, 2025AQSİA-nın sədri Səkinə Babayeva moderatorluğu ilə keçirilən paneldə qadınların aqrar sahədə fəaliyyəti və uğurları təqdim edilib

16 May tarixində 29-cu Azərbaycan Beynəlxalq “Qida Sənayesi” və 17-ci Azərbaycan “Kənd Təsərrüfatı” Sərgisi çərçivəsində Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilb.
Panel müzakirəsi “Sahibkar Qadınların Aqrar sahədə rolu”olan Beynəlxalq Aqrar İnnovasiya Forumunda moderator Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İH sədri Səkinə Babayeva,”ATAMEKEN” Milli Sahibkarlar Palatasının Manqistau vilyatinin İşgüzar Qadınlar Şurasının sədri Saule Salixova,Kıbrıs Türk İş Qadınlar Dərnəyinin(GİKAD) təmsilçisi Özge Özbekoğlu, Sahibkar İş Qadınlar Federasiyasının(GİFED) təmsilçisi Esma Deniz Yılmaz çıxış edib.
Panel müzakirəsi zamanı moderator Səkinə Babayeva iştirakçıları salamlayaraq AQSİA-nın sahibkar xanımlarının aqrar sahədə gördüyü işlərdən bəhs etmiş, daha sonra aqrar sahədə uğur qazanmış xarici qonaqlara söz vermişdir.
Sonda paneldə çıxış edən xarici qonaqlara sertificat və hədiyyələr təqdim edilmişdir.
Hədiyyələrə görə Azersun Holding və Ləzzət Kulinariya / Lezzet Culinary şirkətlərinə təşəkkürümüzü bildiririk.

