Səkinə Babayeva Turan Qastro Turizm Akademiyasında Qonaq Oldu
November 5, 2025AQSİA İsveçdə keçirilən beynəlxalq tədbirdə təmsil olunub
November 6, 2025Bakıda keçirilən #TCCI Baş Assambleyasında Türk dövlətlərinin iqtisadi qurumlarının nümayəndələri bir araya gəlib, təşkilata rəhbərlik Azərbaycana həvalə olunub.
AQSİA İdarə Heyətinin sədri Türk Ticarət və Sənaye Palataları Birliyinin (#TCCI) Baş Assambleyasında iştirak edib.
Bugün Bakıda Türk Ticarət və Sənaye Palataları Birliyinin (#TCCI) Baş Assambleyası keçirilib. Tədbirdə Azərbaycan İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Omuraliyev, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, #TCCI prezidenti Rifat Hisarcıklıoğlu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (#KOBİA) sədri Orxan Məmmədov, #AZPROMO-nun İcraçı Direktoru Yusif Abdullayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, Türk dövlətlərinin ölkəmizdəki səfirləri və iş adamları iştirak ediblər.
Assambleya üzvlərinin səsverməsi ilə Türk Ticarət və Sənaye Palataları Birliyinə rəhbərlik Azərbaycana keçib. Birlikdə ölkəmizi Azərbaycan #Sahibkarlar Konfederasiyası (#ASK) təmsil etdiyindən bu missiyanı Konfederasiya həyata keçirəcək.


