AQSİA “İqlim Dəyişikliyinə Qarşı Sahibkarlıqda Bərpa Olunan Enerji Mənbələrinin Təşviqi” Forumunu Keçirib
November 6, 2025AQSİA COP29 Çərçivəsində Qadınların İqlim Dəyişikliyində Rolu Mövzusunda Çıxış Edib
November 6, 202516 noyabr 2024-cü il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (#AQSİA) tərəfindən “İqlim dəyişikliyinə qarşı sahibkarlıqda bərpa olunan #enerji mənbələrinin təşviqi” layihəsi çərçivəsində interaktiv seminar təşkil olunub. Tədbir #COP29 Yaşıl Zonada yerləşən Made in Azerbaijan Pavilyonunda baş tutub və Serbiyanın Davamlı İnkişaf Assosiasiyasının direktoru Borivoje Matić tərəfindən aparılıb.
AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva çıxışında gənclərin və turizm sektorunun iqlim dəyişikliyi ilə bağlı layihələrdə bərpa olunan enerji məsələlərində iştirakının vacibliyini vurğulayıb. Seminarın əsas məqsədi gəncləri bərpa olunan enerji mənbələrinin istifadəsinə təşviq edərək iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək olub. Tədbir silsilə seminarlar şəklində bir neçə gün davam edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi birgə elan etdiyi qrant müsabiqəsinin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən “İqlim dəyişikliyinə qarşı sahibkarlıqda bərpa olunan #enerji mənbələrinin təşviqi” adlı layihə çərçivəsində keçirilən Bərpa olunan enerji mənbələrinin tətbiqinə dair interaktiv seminar #cop29 Yaşıl Zonada yerləşən Made in Azerbaijan Pavilyonunda baş tutub.
16 noyabr tarixində Serbiyanın Davamlı İnkişaf Assosiasiyasının direktoru Borivoje Matić tərəfindən keçirilən seminarın əsas məqsədi gənclər üçün bərpa olunan enerji mənbələrinin istifadəsini təşviq etməklə iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməkdir.
Tədbirin əvvəlində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxışında bildirib ki, gənclər və turizm sektoru arasında #iqlim dəyişikliyi ilə bağlı yeni layihələrdə bərpa olunan enerji məsələlərini daha da işıqlandırmaq üçün bu layihənin uğurlu olacağına inandığını bildirib.
Sonda isə silsilə tədbirin bir neçə gün davam edəcəyi qeyd olunub.

