Səkinə Babayeva tekstil sahəsinin nümayəndələri ilə sektorun inkişaf perspektivlərini müzakirə edib
November 5, 2025Səkinə Babayeva Türk Dövlətləri arasında Dayanıqlı Tekstil Sənayesinin İnkişafını Dəstəkləyən yeni layihəni təqdim edib
November 5, 2025AQSİA-nın təşəbbüsü ilə təşkil olunan tədbirdə gənc sahibkar qadınlara dəstək, biznesin inkişafı və effektiv idarəetmə bacarıqları müzakirə olunub

“Sənin Biznesin, Sənin Gələcəyin!” Mövzusunda Görüş Keçirildi
15 fevral 2025-ci il tarixində “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” (AQSİA), Sosial İnkişafa Yardım İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində gənc sahibkarları dəstəkləmək məqsədilə “Sənin Biznesin, Sənin Gələcəyin!” mövzusunda görüş keçirilmişdir.
Tədbirin əsas məqsədi Sumqayıt şəhərində fəaliyyət göstərən sahibkar xanımlara dəstəyin göstərilməsi və gənclərin sahibkarlığa təşviq edilməsidir.
AQSİA sədri Səkinə Babayeva çıxışında qadın sahibkarlığının ölkə iqtisadiyyatı üçün əhəmiyyətindən bəhs edərək Sumqayıt şəhərində fəaliyyət göstərən sahibkar xanımlara göstəriləcək dəstəyin davam edəcəyini vurğulamışdır.
Milli Məclisin deputatı Səbinə Salmanova çıxışında gənc sahibkarlara biznes sahəsində fəaliyyətlərini genişləndirmək, dövlət tərəfindən sahibkarlara yaradılan imkanlardan səmərəli istifadə etmək və qadın sahibkarlığının iqtisadi inkişafdakı rolunu vurğulamışdır
Tədbirdə Milli Məclisin deputatı, Sumqayıt şəhərinin millət vəkili Səbinə Salmanova,qadın sahibkar , “-——“ şirkətinin rəhbəri Lətifə Əhmədova, qadın sahibkar , “Zəfər kursları Sumqayıt filialının rəhbəri Sevinc Purkeştasib, sahibkar xanım, Pərvanə Axundova, eləcə də qardaş Türkmənistandan olan işadı qadın sahibkarlar iştirak edərək öz həyat təcrübələrindən və fəaliyyətlərindən bəhs etmişdirlər.
Təlimçi, qadın sahibkar Həvva Səfərova biznes sahiblərinə “Biznesdə effektiv idarəetmə bacarıqları” adlı təlim keçmişdir.
Gənc sahibkarlar biznesdə rastlaşdıqları çətinlikləri müzakirə edərək, uğurlu qadın sahibkarlardan ilhamverici hekayələr və dəyərli məsləhətlər dinləmişlər.
Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilmişdir.




