AQSİA 2025-ci ilə Böyük Məqsədlərlə Başladı
November 5, 2025Səkinə Babayeva Turan Qastro Turizm Akademiyasında Qonaq Oldu
November 5, 2025Assosiasiyanın rəhbərliyi səfir Cahit Bağçı və xanımı Leyla Bağçı ilə görüşərək qadın sahibkarlığının inkişafı sahəsində əldə olunan nailiyyətləri və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) nümayəndələri ölkəmizdəki fəaliyyət müddətinin başa çatması ilə əlaqədar olaraq Türkiyənin Azərbaycandaki Səfiri Cahit Bağçı və xanımı Leyla Bağçı ilə Bakıdakı səfirlikdə vida görüşü keçirib.
Görüşdə Assosiasiyanın fəaliyyəti və qadın sahibkarlığının inkişafı istiqamətindəki əldə olunan nailiyyətlər barədə ətraflı müzakirələr aparılıb. AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva ilə yanaşı İdarə Heyətinin üzvləri Lətifə Əhmədova, Vəsilə Abulova, Ulduza Xanlarova təşkilatın ötən illər ərzində qadın sahibkarların iş dünyasında daha fəal yer almasına dəstək verərək, onların sosial və iqtisadi inkişafına böyük töhfələr verdiyini vurğulayıblar. O, həmçinin Assosiasiyanın bu müddət ərzində qurduğu əlaqələr və həyata keçirdiyi layihələrin önəmini qeyd edib.
Türkiyənin Azərbaycandaki Səfiri Cahit Bağçı, Assosiasiyanın qadın sahibkarlığının inkişafı sahəsindəki uğurlarını yüksək qiymətləndirərək, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına verdiyi töhfəni önə çəkib. Səfir, xüsusilə qadınların biznes sahəsində güclənməsinin və liderlik bacarıqlarının artırılmasının mühüm bir prioritet olduğunu qeyd edib.
Leyla Bağçı isə, qadın sahibkarların cəmiyyətdəki rolunun artırılması üçün Assosiasiyanın etdiyi işləri təqdir edərək, təşkilatın gördüyü işlərin gələcəkdə də uğurla davam etdirilməsini arzuladığını bildirib.




