Azərbaycan Qadın Sahibkarları Ankara Biznes Forumunda Təmsil Olundu
November 5, 2025AQSİA 2025-ci ilə Böyük Məqsədlərlə Başladı
November 5, 2025Komissiyanın sədri və müavini seçilərək qadın sahibkarların təhsil potensialının artırılması və innovativ layihələrin təşviqi üzrə fəaliyyət planını müzakirə etdi.



Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Təhsil Komissiyası yeni tərkibdə formalaşdırılır.
27 yanvar 2025-ci il tarixində keçirilən iclasda Təhsil Komissiyasının yeni tərkibdə formalaşdırılması müzakirə edildi. Görüşdə təhsil sahəsində qadın sahibkarların potensialının artırılması, innovativ təhsil layihələrinin təşviqi və komissiyanın qarşıdakı dövr üçün fəaliyyət planı geniş müzakirə olundu.
Təhsil Komissiyasının yeni sədri “ Zəfər” kurslarının rəhbəri, Təhsil Eksperti Purkeştasib Sevinc və birinci müavini “Reha” tədris mərkəzinin təsisçisi,Təhsil Eksperti, təlimçi mentor Axundova İlhamə seçildi.

