Sumqayıtda “Sənin Biznesin, Sənin Gələcəyin!” mövzusunda görüş keçirilib
November 5, 2025AQSİA Təhsil Komissiyasının növbəti iclası keçirilib
November 5, 2025Bakıda keçirilən “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində tekstil sektorunda rəqəmsal transformasiya və regional əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

Aqsia İdarə Heyətinin sədri Səkinə Babayeva, Türk Dövlətləri arasında Dayanıqlı Tekstil Sənayesinin İnkişafını Dəstəkləyən yeni layihəni ictimaiyyətə təqdim etdi.
Fevralın 14-də Bakıda “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” keçirilib.
Tədbir, Türk Ticarət və Sənaye Palataları Birliyinin (#TCCI) təşəbbüsü və Azərbaycan Sahibkarlar Konfederasiyasının (#ASK) təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankının (#ABB) Baş sponsorluğu ilə baş tutub.
Açılış mərasimində İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TCCI-nin fəxri prezidenti və #TOBB-un prezidenti Rıfat Hisarcıklıoğlu, Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (#KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (#AZPROMO) İcraçı direktoru Yusif Abdullayev, TCCI və ASK-nın prezidenti Məmməd Musayev çıxış edərək, #Türkdünyası-nın iqtisadi əlaqələri, birgə əməkdaşlıq layihələri və qarşılıqlı ticarət dövriyyələrinin artırılması üçün perspektivlərə toxunublar.
Daha sonra Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiyasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Türk Dövlətləri arasında Dayanıqlı Tekstil Sənayesinin İnkişafını Dəstəkləyən yeni layihəni ictimaiyyətə təqdim edib.
Sədr çıxışında layihənin tekstil sənayesində bacarıq çatışmazlığını aradan qaldırmağa və rəqəmsal transformasiyanı sürətləndirməyə hədəflədiyini, eyni zamanda yalnız tekstil sektorunun inkişafını sürətləndirməklə kifayətlənməyəcəyini, həm də Türk Dövlətləri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə kömək edəcəyini bildirib.
Azərbaycan Sahibkarlar Konfederasiyası TOBB | Türkiye Odalar ve Borsalar Birliği Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ABB




