Azərbaycan-Pakistan Biznes Forumunda İkitərəfli Əməkdaşlıq Müzakirə Olundu
November 28, 2025Bakıda “Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” V Forumu Keçirilib
November 28, 202532 ölkədən 2000-dən çox iştirakçı Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində bir araya gəldi
Noyabrın 23-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” adlı V Forum keçirilib. Tədbir bir-birindən maraqlı panellərlə davam edib.
Sakit Səmədovun moderatorluğu ilə keçirilən “İqtisadiyyatda rəqəmsallaşdırma və yeni həyat keyfiyyətinə keçiddə Dövlət qurumları ilə Özəl sektorun birgə əməkdaşlığı” panelində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Fuad Aslanov, Sahibkarlığın İnkişafı Fondunun Partnyorlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov, Aqrar İnnovasiya Mərkəzi direktoru Anar Cəfərov və 4SİM Təhlil və monitorinq şöbəsinin rəisi Ayaz Müseyibov qonaq məruzəçi qismində iştirak edib, mövzu barədə fikirlərini bölüşüblər və iştirakçıların suallarını cavablandırıblar.
Daxili növbəti panel “İdeyadan Biznesə, Biznesdən Karyeraya” mövzusunda keçirilib. Moderator AQSİA-nın Rəqəmsal Texnologiya komissiyasının sədri Mədinə Paşayeva olub. Qonaq məruzəçilər Şirin Şərifov (AKİAB-ın İdarə Heyətinin sədri), Aynura Hüseynova (AQSİA-nın “Xidmətin Təşkili Komissiyası”-nın sədri), Lamiyə Bayramova (AQSİA İdarə Heyətinin üzvü), Gülpəri Bayramova (AQSİA üzvü), Günel Zeynalova (HG Group-un təsisçisi) və Həvva Səfərova (sahibkar qadın) mövzu barədə fikirlərini və karyeraya doğru addımlarını iştirakçılarla bölüşüblər.
Forum “Qarabağ İncilərinin Avropa Sədası” layihəsi çərçivəsində nümayiş olunan defilə auksionu və şam yeməyi ilə müşayiət olunan Qala gecəsi ilə yekunlaşıb. Qeyd edək ki, tədbirə 32 ölkədən 2000-dən çox iştirakçı qatılıb.


