Səkinə Babayeva KOBİA yanında İctimai Şuraya üzv seçilib
November 28, 2025“Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” V Forumu Bakıda Keçirilib
November 28, 2025KOBİA və AQSİA iş adamlarına dəstək imkanlarını təqdim etdi
Ötən gün Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib. Forumda Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar və İş Adamları İctimai Assosiasiyası (AQSİA) nümayəndələri iştirak ediblər.
Tədbirdə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək forum iştirakçılarını salamlayıb. KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov isə çıxışında Agentliyin ölkəmizdə biznes qurmaq istəyən xarici iş adamlarına yerli tərəfdaşların tapılması, həmçinin Azərbaycan və Pakistanın kiçik və orta biznes nümayəndələri ilə birgə layihələrin həyata keçirilməsi istiqamətində göstərə biləcəyi dəstək barədə ətraflı məlumat verib.
Forum çərçivəsində iki ölkənin biznes qurumları arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının müzakirəsi üçün bir sıra görüşlər keçirilib.


