“Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” V Forumu Bakıda Keçirilib
November 28, 2025Türk Dünyası Qadın Sahibkarları İstanbulda Zəfər Gününü Qeyd Edib
November 28, 2025USAID-in dəstəyi ilə təşkil olunan forumda 2000-dən çox iştirakçı qadın sahibkarlığın inkişaf imkanlarını müzakirə edib
Noyabrın 23-də USAID-in dəstəyi ilə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” adlı V Forum keçirilib. Tədbirdə beynəlxalq tərəfdaş təşkilatların nümayəndələri, qadın sahibkarlar, investorlar, assosiasiyalar və özəl sektor nümayəndələri daxil olmaqla 2000-dən çox şəxs iştirak edib.
Forumun rəsmi açılışından sonra müxtəlif panel müzakirələri təşkil olunub. PSA-in moderatorluğu ilə keçirilən paneldə “Qadınların Milli Biznes Gündəliyi” və işçi qüvvəsində qadınların sayının artırılması üçün inkişaf imkanları müzakirə edilib. Panel PSA-in rəhbəri Matt Veberin açılış nitqi ilə başlayıb. O, tədbirin əhəmiyyətini vurğulayaraq, belə forumların qadınların sahibkarlıq fəaliyyətinin artırılmasında, hüquqlarının qorunmasında və perspektivlərin müəyyən edilməsində mühüm rol oynadığını bildirib.
Paneldə Milli Məclisin deputatı Jalə Əhmədova, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev qadın sahibkarlığının inkişafı və məşğulluğunun artırılması üçün dövlət tərəfindən həyata keçirilən islahatlardan danışıb. Grata Azərbaycan şirkətinin İdarəedici Partnyoru Ümmi Cəlilova isə özəl sektorda qadınların üzləşdiyi problemlər və onların həlli yolları barədə məlumat verib. Avropa Parlamentinin üzvü Maria Grapininin hazırlanmış nitqi vasitəsilə beynəlxalq təcrübə də iştirakçılarla bölüşülüb.
Qeyd edək ki, forum çərçivəsində AQSİA-nın üzvü olan xanımların əl işlərindən ibarət sərgi də təşkil olunub.


