Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib
November 21, 2025AQSİA azadlığa çıxacaq qadınlarla görüş təşkil edib
November 21, 2025Psixoloq və pedaqoqlar üçün üç günlük inkişaf və təkmilləşmə forumu çərçivəsində təlimlər, interaktiv sessiyalar və sertifikat təqdimatı nəzərdə tutulub


25 oktyabr tarixində Şüvəlan Sağlamlıq və İstirahət Mərkəzində My Production-un təşkilatçılığı ilə “Bakı İnkişaf Zirvəsi” adlı psixoloq və pedaqoqlar üçün inkişaf və təkmilləşmə forumunun açılış mərasimi baş tutub. Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva da iştirak edib.
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb və layihənin rəhbəri psixoloq və təlimçi Vüsalə Əmiraslanova açılış nitqi ilə tədbiri başlayıb. Vüsalə xanım iştirakçılara forumun məqsəd və əhəmiyyətini izah edib: psixologiya və pedaqogika sahəsində hipnoz, davranış pozuntuları, duyğularla işləmə, liderlik, iş həyatında uğur sirləri və digər mövzularda təlimlərin keçiriləcəyi vurğulanıb.
Forum çərçivəsində Türkiyədən dəvət olunmuş mütəxəssislər Kunter Kurt, İzzet Zülküf Çelik və Cevher Sönməz müxtəlif mövzularda çıxışlar edəcəklər. Forumun ilk təlimi Vüsalə Əmiraslanova tərəfindən “Uğura gedən yol” mövzusunda təqdim olunub.
Tədbir musiqi proqramları, rəssam əsərləri, Libraff Kitab Evinin kitabları və əl işlərindən ibarət stendlərlə zənginləşdirilib. Üç gün ərzində iştirakçılar interaktiv diskussiyalar, psixoloqlarla fərdi görüşlər, dörd dəfə qidalanma, rahat gecələmə imkanları, nəqliyyat xidməti və axşam əyləncələrindən faydalana biləcəklər. Forum zamanı həmçinin kitabxana, kinoteatr, idman mərkəzləri (futbol, basketbol, tennis və şahmat) iştirakçılara açıq olacaq.
Təlimin son günü – 28 oktyabrda iştirakçılara Beynəlxalq sertifikat təqdim olunacaq.

