AQSİA benefisiar qadınları KOB ilə görüşdürüb
November 21, 2025Şüvəlan Sağlamlıq və İstirahət Mərkəzində “Bakı İnkişaf Zirvəsi” Forumu başladı
November 21, 2025AZPROMO və AQSİA-nın dəstəyi ilə sahibkarlar iqtisadi-ticarət əməkdaşlığını müzakirə ediblər


Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayevanın iştirakı ilə Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib.
Tədbirdə hər iki tərəfdən qida sənayesi, səhiyyə, bank, logistika, turizm və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox sahibkar iştirak edib. Görüş zamanı Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar barədə məlumat verilib və iş adamları fəal əməkdaşlığa dəvət olunublar.
İştirakçılar həmçinin Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və ixracın artırılması, “Made in Azerbaijan” brendinin təşviqi üzrə görülən işlər barədə məlumatlandırılıb. Təqdimatlar zamanı Azərbaycanın və Sankt-Peterburqun iqtisadi-ticarət potensialı, investisiya imkanları ətraflı təqdim olunub.
Tədbir çərçivəsində sahibkarlar mövcud əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlıqlarının qurulması imkanlarını müzakirə ediblər.

