“Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” – II Qlobal Sahibkarlıq Forumu keçirilib
November 21, 2025Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib
November 21, 2025Tovuz rayonunda layihə çərçivəsində qadın sahibkarlar KOB Dostu ilə dəyirmi masa keçiriblər
8 noyabr 2019-cu il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İsveçrə Əməkdaşlıq Fondunun (SDC) dəstəyi ilə icra etdiyi “Tovuz rayonunda Ailə Başçısı Qadın olan həssas ailələrin iqtisadi gücləndirilməsi” layihəsi çərçivəsində layihənin benefisiar qadınlarının Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Şəmkir rayonunda yerləşən qərb zonası üzrə məsul KOB Dostu ilə dəyirmi masa görüşü keçirilib.
Görüşdə KOB öz fəaliyyət istiqamətləri və regiondakı sahibkarlarla əməkdaşlıq formatı haqqında məlumat verib, layihənin benefisiar qadınlarının suallarını cavablandırıb.
Tədbirdə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfirliyinin nümayəndələri Simone Haeberli və Zahir Əhmədov, Tovuz rayon İcra Hakimiyyətinin Başçısının müavini Təranə Bayramova, AQSİA-nın sədri Səkinə Babayeva və digər iştirakçılar çıxış edərək müzakirələrdə yaxından iştirak ediblər.
Görüşdə əsas məqsəd qadın sahibkarların KOB ilə birbaşa əlaqəsinin gücləndirilməsi, regionda sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və layihə çərçivəsində iqtisadi bacarıqlarının artırılması olub.



