Şüvəlan Sağlamlıq və İstirahət Mərkəzində “Bakı İnkişaf Zirvəsi” Forumu başladı
November 21, 2025AQSİA nümayəndələri Sankt-Peterburqda XXV Beynəlxalq Qadınlar Konfransında iştirak ediblər
November 21, 2025Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Dövlət Komitənin birgə təşəbbüsü ilə cəzaçəkmə müəssisəsində işlə təminat və sosial adaptasiya mövzusunda tədbir keçirilib

23 oktyabr 2019-cu il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində tədbir təşkil edib.
Tədbirin əsas məqsədi azadlığa çıxacaq qadınların sosial həyata uyğunlaşmasını sürətləndirmək və onları işlə təmin etmək olub. Görüşdə Bakı Tekstil Fabriki MMC-nin direktoru və AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, Loqos PNIM-in direktoru Təranə Məmmədova, Azərbaycan Milli Geyim Mərkəzinin və Gülnarə Xəlilova Moda Evinin direktoru Gülnarə Xəlilova, Hil ViP MMC-nin direktoru Rəna Axundova, Organic Life şirkətinin rəhbəri Günay Səfərova, AQSİA-nın Regionlarla İş Komissiyasının rəhbəri Kəmalə Məmmədli, menecer Günay Həsənli və sədr katibi Təhminə Vəliyeva iştirak ediblər.
Görüş zamanı sahibkar xanımlar öz fəaliyyəti və biznesləri barədə məlumat verərək məhkum xanımların suallarını cavablandırıblar. Eyni zamanda, məhkum qadınlar çalışmaq istədikləri sahələr və bacarıqları barədə sahibkarlarla paylaşaraq əmək bazarında iştirak imkanlarını öyrəniblər.
AQSİA tədbir iştirakçılarına təşəkkürünü bildirərək belə görüşlərin qadınların sosial inteqrasiyası və iqtisadi müstəqilliyinə töhfə verdiyini vurğulayıb.

