AQSİA azadlığa çıxacaq qadınlarla görüş təşkil edib
November 21, 2025AQSİA gənc ailələr üçün psixoloji maarifləndirmə layihəsini uğurla başa çatdırdı
November 21, 2025“Dünyanı dəyişən qadınlar” şüarı altında keçirilən konfransda işgüzar qadınların beynəlxalq təcrübəsi təqdim olunub
17-19 oktyabr 2019-cu il tarixində Rusiyanın Sankt-Peterburq şəhərində XXV Beynəlxalq Qadınlar Konfransı keçirilmişdir. Tədbir “Dünyanı dəyişən qadınlar” şüarı altında təşkil olunmuş və konfransda Şərq və Qərb Sankt-Peterburqda görüşüb mövzusu ətrafında işgüzar qadınlar öz təcrübələrini bölüşüblər.
Konfransda 25 il ərzində həyata keçirilən beynəlxalq və yerli layihələrdən, uğurlu təcrübələrdən bəhs olunub. Tədbirdə aparıcı beynəlxalq və Rusiya siyasətçiləri, ictimai xadimlər, elm və iş adamları iştirak etmiş, 1000-dən çox iştirakçı konfransın proqramında yer almışdır.
Azərbaycandan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva və assosiasiyanın üzvləri Sürayə İsmayılova, Nəzrin Sadıqova, Vüsalə Mehdiyeva, Almaz Həsrət, Rübabə Muradova və Meraj İbrahimi tədbirdə iştirak edərək, ölkəmizin qadın sahibkarlıq sahəsindəki nailiyyətlərini təqdim etmişlər.
Konfransın əsas məqsədi qadınların sosial və iqtisadi sahələrdə rolunu artırmaq, uğurlu təcrübələri paylaşmaq və beynəlxalq əməkdaşlığı gücləndirmək olmuşdur. AQSİA nümayəndələri tədbirdə əldə etdikləri təcrübə və əlaqələrdən ölkədə qadın sahibkarların inkişafı üçün faydalanacaqlarını bildiriblər.



