“Vətən, Bayraq, Millət” şeirlər antologiyasının təqdimatı fiziki imkanları məhdud istedadlı şəxslərin iştirakı ilə keçirildi
November 21, 2025Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu keçirilib
November 21, 2025Səfərin məqsədi azərbaycanlı və adıgeylı sahibkarlar arasında əməkdaşlığın qurulması və gələcək birgə layihələrin müzakirəsi olub


16–18 dekabr 2019-cu il tarixlərində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) işçi heyətinin nümayəndələri Rusiya Federasiyasının Adıgey Respublikasına təşkil olunmuş işgüzar səfərdə iştirak ediblər. Səfərin əsas məqsədi Adıgey Respublikasında fəaliyyət göstərən sahibkarlarla ilkin tanışlıq görüşlərinin təşkili, əməkdaşlıq imkanlarının araşdırılması və gələcək birgə fəaliyyət istiqamətlərinin müzakirəsi olub.
Adıgey Respublikasının sahibkarları Azərbaycan iş adamları ilə birgə fəaliyyətə böyük maraq göstərdiklərini bildirərək müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu vurğulayıblar.
Səfərdə AQSİA-nı İctimai Birliyin meneceri Günay Həsənli və Regionlarla İşin Təşkili Komissiyasının rəhbəri Kəmalə Məmmədli təmsil ediblər. Onlar 2019-cu il ərzində Assosiasiya tərəfindən icra edilmiş layihələr və gələcək planlar barədə ətraflı təqdimatla çıxış etdikdən sonra B2B formatlı görüşlərdə iştirak ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti “Мой бизнес” mərkəzinin direktoru Çiç Artur Yunusoviç və Ümumrusiya-Azərbaycan Konqressinin rəhbəri Habil Rzayev ilə də görüş keçirib. Görüşdə Adıgey Respublikasında yaşayan azərbaycanlıların fəaliyyəti, biznes mühiti və əməkdaşlıq imkanları ətrafında geniş müzakirələr aparılıb.

