Naftalandakı konfransda regional inkişaf planları təqdim olunub
November 21, 2025AQSİA təlimləri Aida Behbudovanın sahibkarlıq fəaliyyətinə dəstək olur
November 21, 2025Azərbaycan qadın sahibkarları Rusiya ilə B2B görüşlər və agro-forumlarda iştirak edib


Sentyabrın 19-21-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) heyətinin Stavropol əyalətinə işgüzar səfəri həyata keçirilib. Səfərdə AQSİA-nın sədr katibi Təhminə Vəliyeva, Regionlarla işin təşkili komissiyasının rəhbəri Kəmalə Məmmədli, maliyyə departamentinin rəhbəri və ASENA MMC-nin direktoru Sevda Nəcəfova, H.İ.S.S şirkətinin direktoru İradə Hüseynova iştirak edib.
Səfər çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Toxum İstehsalat Birliyi, həmçinin Asena Ltd, Ramin & Co, H.İ.S.S, Delta Group və digər qurumlar təmsil olunub.
Sentyabrın 19-da nümayəndə heyəti bir sıra dövlət və iş adamları ilə görüşərək AgroYuq forumunda iştirak edib.
Sentyabrın 20-də Stavropol əyalətinin Ticarət Palatasının İxraca Dəstək Mərkəzi ilə birgə Azərbaycan nümayəndə heyətinin qəbulu təşkil olunub. Qəbul zamanı işgüzar danışıqlar B2B formatında davam edib, nümayəndə heyəti Cheesberry MMC müəssisəsini ziyarət etmiş, Mixailovskda keçirilən kənd təsərrüfatı məhsulu və AgroMaş sərgisində iştirak etmişdir.
Sentyabrın 21-də Kiçik və Orta sahibkarlığın Ümumrusiya İctimai Təşkilatının Stavropol əyaləti nümayəndəliyinin Qadın Sahibkarlığı İnkişafı Komitəsi ilə B2B görüş baş tutub. Görüşdə komitənin sədri İnna Belskaya və üzvləri ilə işgüzar danışıqlar aparılıb.
Səfər çərçivəsində Azərbaycan qadın sahibkarlarının xarici bazarlara çıxış imkanları genişləndirilib, B2B əməkdaşlıq əlaqələri qurulmuş və Rusiya ilə iqtisadi əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradılmışdır.

