AQSİA-nın Stavropol əyalətinə işgüzar səfəri baş tutub
November 21, 2025AQSİA İsveçrə Əməkdaşlıq Fondunun dəstəyi ilə Tovuzda qadın sahibkarlığını gücləndirir
November 21, 2025Oğuz rayonunda qadın sahibkarların inkişafı və yeni iş yerlərinin yaradılması təşəbbüsü
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından (AQSİA) məlumat alan Aida Behbudova bu gün təlimlərin və Assosiasiyanın faydasını görür. Sahibkarlıq sahəsində artıq xeyli təcrübəyə malik olsa da, AQSİA-nın təlimləri ona əlavə bilik və bacarıqlar qazandırıb.
İdeal Turizm və “Narın” brendinin rəhbəri olan Aida Behbudova, AQSİA tərəfindən göstərilən dəstək sayəsində işini genişləndirib. Assosiasiyanın ən böyük tərəfdaşı olan Bakı Tekstil Fabriki MMC ona peşəkar dərzi maşını hədiyyə edib, və artıq dörd qadın dərzi ilə birgə fəaliyyətə başlayıb.
AQSİA-nın Oğuz rayon şöbəsinə rəhbərlik edən Aida Behbudova evdar xanımların sahibkar kimi inkişaf etməsinə yardım göstərir, kəndlərə səfərlər edərək müxtəlif peşə sahibləri ilə görüşür, onların istək və arzularını öyrənir və təkliflərini yerli hökumətə və AQSİA-ya çatdırır.
Aida xanım, məktəbəqədər müəssisələr üçün döşək üzləri və digər məhsullar üzrə Oğuz rayon İcra Hakimiyyətindən tender udub, oktyabr ayından isə xəstəxana və poliklinikaların elan edəcəyi tenderlərə qatılmaq niyyətindədir. Onun əsas məqsədi, sifarişlərin artması ilə oğuzlu xanımlar üçün yeni iş yerləri yaratmaqdır.
Uğurlarından dolayı Aida Behbudova təbrik olunur və onun sahibkarlıq fəaliyyətində nailiyyətlərinin davamı arzu edilir.



