AQSİA və İZİKAD üzvləri mədəni və müəssisə ziyarətləri həyata keçirib
November 10, 2025İZİKAD və AQSİA nümayəndələri Doqquz Eylül Universitetində görüş keçirib
November 10, 2025İşgüzar şəbəkələşmə və iki tərəfli əməkdaşlıq imkanları müzakirə olunub


İZİKAD və AQSİA əməkdaşlığı çərçivəsində İzmir Ticarət Palatasında “İzmir-Bakı Biznesin İnkişafı və Xarici Ticarət” mövzusunda panel və B2B görüşləri keçirilib. Tədbirdə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və assosiasiyanın üzvləri Mehbarə Məmmədova, Vəfa İsmayılova, Təhminə Cələbi, Taliyə Məsimova, Yeganə Bayramova, Fərqanə Əsədova, Kəmalə Məhərrəmova, Sevda Məmmədova, Aynur Abbasova, Ramina Qurbanova iştirak edib.
Görüşdə həmçinin KOİDER, GİKAD, Aydın Ticarət Palatası, GİFED, Afyon İş Qadınları Birliyi (AFKAD), Van İş Qadınları Birliyi (VİKAD), Adana İş Qadınları Birliyi (İŞKAD) və Basifed təşkilatlarının rəhbərləri və üzvləri iştirak edərək, işgüzar əlaqələrin genişləndirilməsi və şəbəkələşmə imkanlarını müzakirə ediblər.
Tədbirin əsas məqsədi iki tərəfli iş əlaqələrinin və işgüzar şəbəkənin gücləndirilməsi olub və görüş BMT-nin Dayanıqlı İnkişaf Məqsədinin 17-ci bəndinə uyğundur.

