AQSİA Azərbaycan-Özbəkistan Biznes Forumunda iştirak edib
November 10, 2025İZİKAD & AQSİA: İzmir-Bakı Biznesin İnkişafı Paneli və B2B Görüşləri
November 10, 2025Rəsm Heykəl Muzeyi, Kəməraltı ETS Sinagogu və müəssisələrdə əməkdaşlıq imkanları müzakirə olunub
AQSİA və İZİKAD üzvləri birgə mədəni gəzintilər və müəssisə ziyarətləri həyata keçiriblər. Rəsm Heykəl Muzeyi ziyarəti zamanı muzey müdiri və İZİKAD-ın fəxri üzvü Ayşe Füruzan Caman qonaqları muzeylə tanış edib və muzeyin fəaliyyəti haqqında məlumat verib. Həmçinin, muzey müdirliyi AQSİA və İZİKAD arasında ikitərəfli əməkdaşlıq memorandumunun imzalanmasına şərait yaradıb.
Ziyarətlər çərçivəsində Kəməraltı ETS Sinagogu və bir sıra müəssisələr, o cümlədən Narkonteks Tekstil firmasının İdarə Heyətinin sədrinin köməkçisi Tolga Narbay və Essi Gözəllik Mərkəzləri qurucusu və İZİKAD üzvü Zübeyde Nacarın müəssisələri ziyarət olunub.
Keçirilən görüşlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədinin 17-ci bəndi ilə bağlı əməkdaşlıq və tərəfdaşlıq prinsiplərini dəstəkləyir. Yüksək qonaqpərvərlik üçün İZİKAD-ın İdarə Heyətinin sədri Betül Sezgin və üzvlərinə təşəkkür bildirilib.



