İZİKAD & AQSİA: İzmir-Bakı Biznesin İnkişafı Paneli və B2B Görüşləri
November 10, 2025İZİKAD və AQSİA əməkdaşlığı çərçivəsində protokol ziyarətləri davam edir
November 10, 2025Qadınların inkişafı və əməkdaşlıq imkanları müzakirə edilib
İzmir İş Qadınları Dərnəyi (İZİKAD) İdarə Heyətinin sədri Betül Sezgin və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva, həmçinin hər iki qurumun üzvləri Doqquz Eylül Universitetinin rektoru Hotar Nukheti ilə görüş keçiriblər.
Görüş zamanı universitetin təlim, tədris və karyera imkanları çərçivəsində qadınlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Həmçinin iki ölkənin qadınlarının inkişafına dair layihələr üzrə təcrübələr paylaşılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Tədbir BMT-nin Dayanıqlı İnkişaf Məqsədinin 17-ci bəndinə uyğundur.



