AQSİA Beynəlxalq Əmək Təşkilatının 111-ci sessiyasında təmsil olunub
November 10, 2025AQSİA nümayəndə heyətinin iştirakı ilə Astarada regional qadın sahibkarlar forumu keçirilib
November 10, 2025Tədbir Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub
Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tevfik Ulualın “Ürəyimdəki Azərbaycan” adlı foto sərgisi keçirilib.
Sərgidə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, İH üzvləri, eləcə də hər iki ölkənin rəsmi nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, ötən il AQSİA ilə Şimali Kipr Türk Cümhuriyyətinin Girişimci Kadınlar Derneği (GİKAD) arasında əməkdaşlıq və gələcək birgə layihələrin işlənməsinə dair memorandum imzalanıb.
Dəvət və yüksək qonaqpərvərlik üçün Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turqanerə təşəkkürümüzü bildiririk.



