AQSİA “Gender yönümlü davamlı inkişaf” layihəsinin təsir qiymətləndirməsini təqdim edir
November 10, 2025AQSİA nümayəndələri “Ürəyimdəki Azərbaycan” foto sərgisində iştirak ediblər
November 10, 2025Cenevrədə keçirilən qlobal sosial məsələlərin müzakirəsində Azərbaycan nümayəndə heyəti iştirak edib
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 111-ci illik sessiyası keçirilib. Pandemiyadan sonrakı dövrdə mühüm sosial və iqtisadi məsələlərin müzakirə olunduğu tədbirdə Azərbaycandan dövlət qurumlarının rəhbərləri, ictimai təşkilatlar və sahibkarlar iştirak ediblər.
Sessiyada Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Məşğulluq Agentliyinin İH sədri Mustafa Abbasbəyli, AHİK sədri Səttar Möhbalıyev, ASK prezidenti Məmməd Musayev, ASK vitse-prezidenti Vüqar Abbasov, ASK Rəyasət Heyətinin üzvü, AQSİA İH sədri Səkinə Babayeva və digər nümayəndələr iştirak ediblər.
Tədbir zamanı Azərbaycan nümayəndə heyəti ölkədə aparılan sosial islahatlar, məşğulluğun inkişafı və işgüzar münasibətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə beynəlxalq ictimaiyyətə məlumat verib.
Sessiyada həmçinin BMT-nin müxtəlif strukturları, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, eləcə də müxtəlif ölkələrin əmək nazirləri və ekspertləri iştirak ediblər.



