AQSİA nümayəndə heyətinin iştirakı ilə Astarada regional qadın sahibkarlar forumu keçirilib
November 10, 2025AQSİA rəhbərliyi Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva ilə görüşüb
November 10, 2025Səfər zamanı şəhid ailələri və qazilərin tibbi müayinəsi aparılıb, bölgədə səhiyyə və maarifləndirmə fəaliyyəti həyata keçirilib


AQSİA-nın təşkilatçılığı, Aze Turizm və Maricel Astara Resortun dəstəyi ilə bir qrup sahibkar qadın və həkim üzvlər Astaraya səfər edib.
Səfər çərçivəsində həkim heyəti Astaranın ucqar Pəlikiş kəndində yerli sakinləri qəbul edərək ginekoloji, pediatrik, dermatoloji və terapevtik xidmətlər göstərib. Xidmətlər əsasən qazilər və şəhid ailələrindən olan vətəndaşlara yönəlib.
Həkimlər bölgədə erkən nikah və qohum evliliklərinin yaratdığı tibbi fəsadlar, eləcə də talassemiyanın yayılması ilə bağlı maarifləndirici məlumatlar təqdim ediblər.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “Sağlamlıq və rifah” bəndinə əsaslanan bu təşəbbüs çərçivəsində kənd əhalisi AQSİA-ya təşəkkürünü bildirib.
Assosiasiya regionlarda səhiyyə xidmətlərinin inkişafına və dövlət–region əlaqələrinin gücləndirilməsinə dəstək verməyə davam edir.
Həkim heyətinə — Ömür Klinikasının icraçı direktoru Tansu Məmmədzadə, pediatr Sevinc Süleymanova, kosmetoloq Flora İsmayılova və sonoloq Dilarə Abuşovaya təşəkkür edirik.

