AQSİA-nın təşəbbüsü ilə Astaranın ucqar kəndində qadın sahibkarlar və həkim heyəti sosial aksiya keçirib
November 10, 2025AQSİA Xaçmaz və Bakı şəhərindən olan qadın sahibkarların şəbəkələşmə görüşünü təşkil edib
November 10, 2025Görüşdə Azərbaycan və Fransada qadın sahibkarların şəbəkələşməsi və gələcək əməkdaşlıq layihələri müzakirə olunub


AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, İH üzvü Sona Hüseynova və bir sıra üzvlər Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva ilə səhər yeməyində bir araya gəliblər.
Görüş zamanı açılış nitqi ilə çıxış edən Səkinə Babayeva Fransada keçirilən “Qarabağ İncilərinin Avropa sədası” adlı layihənin təqdimat mərasimi və moda defilesi barədə ətraflı məlumat verib. O qeyd edib ki, Parisdə baş tutan bu mötəbər tədbirin əsas dəstəkçiləri Azərbaycanın Fransadakı səfirliyi, Paris Azərbaycan Evi və Fransada Azərbaycanın Dostları Assosiasiyası olub.
Daha sonra çıxış edən Mirvari Fətəliyeva Azərbaycan və Fransada fəaliyyət göstərən qadın sahibkarların şəbəkələşməsinin və gələcəkdə birgə layihələrin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb.

