AQSİA və ADNSU arasında əməkdaşlığa dair memorandum imzalandı
November 10, 2025AQSİA gənc qadın sahibkarlarla görüş təşkil edib
November 10, 2025Qadın Sahibkarlar Komitəsi fəaliyyət hesabatını təqdim edib, AQSİA-nın nümayəndəsi İdarə Heyətinin Nəzarət Komissiyasına seçilib
7 aprel 2023-cü il tarixində İstanbulda 8 Türkdilli dövlətin nümayəndələrinin iştirakı ilə Türk Ticarət və Sənaye Palatalar Birliyinin (TOBB) ümumi yığıncağı keçirilib. Yığıncağın əsas məqsədi birlik tərkibində ilk dəfə İdarə Heyətinin yaradılması olub.
Tədbirdə Azərbaycandan Milli Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkdilli Ticarət və Sənaye Palatasının Birliyinin Qadın Sahibkarlar Komitəsinin və AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, eləcə də bir çox sahibkar iştirak edib. Səkinə Babayeva çıxışında rəhbərlik etdiyi Qadın Sahibkarlar Komitəsinin gördüyü işlərin hesabatını təqdim edib və növbəti illərdə komitənin fəaliyyətini genişləndirmək üçün yeni təşəbbüslərdən danışıb.
Bundan əlavə, AQSİA-nın Maliyyə və Audit Komissiyasının rəhbəri, Karvan L Şirkətinin icraçı direktoru Rəna Qəfərova Türk Ticarət və Sənaye Palatalar Birliyinin İdarə Heyətinin Nəzarət Komissiyasına üzv seçilib.



