AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva İstanbulda Türkdilli Dövlətlərin Ticarət Palataları Yığıncağında iştirak edib
November 10, 2025AQSİA və Tacikistan İş Qadınlarının Milli Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı
November 10, 2025Komissiya rəhbərləri gənc sahibkarları assosiasiya və komissiya fəaliyyətləri ilə tanış ediblər
4 apreldə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə gənc qadın sahibkarların görüşü keçirilib. Tədbirdə AQSİA-nın Xidmət Komissiyasının rəhbəri Aynurə Hüseynova, Rəqəmsal Texnologiya Komissiyasının rəhbəri Mədinə Paşayeva və Marketinq Komissiyasının rəhbəri Xəyalə Mütəllimova iştirak edərək gənc sahibkarlara assosiasiyanın fəaliyyəti haqqında geniş məlumat veriblər və komissiyaların iş prinsipləri ilə tanış ediblər.
Görüş zamanı iştirakçılar fəaliyyətləri barədə bir-birini məlumatlandırıb və sahibkar qadınların şəbəkələşməsi üçün belə tədbirlərin faydalı olduğunu vurğulayıblar.



