Xaçmazlı qadın sahibkarlar üçün Bakı şəhərində master-klasslar təşkil edilib
November 10, 2025AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva İstanbulda Türkdilli Dövlətlərin Ticarət Palataları Yığıncağında iştirak edib
November 10, 2025Qadın sahibkarların dəstəklənməsi və tələbələrin iş imkanlarının artırılması məqsədilə qarşılıqlı əməkdaşlıq qurulub
11 aprel tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə universitet arasında əməkdaşlığa dair memorandum imzalanıb. Görüşdə AQSİA İH sədri Səkinə Babayeva, ADNSU rektoru Mustafa Babanlı, universitetin işçi heyəti, AQSİA İH üzvü Sona Hüseynova və qadın sahibkarlar iştirak edib.
ADNSU rektoru professor Mustafa Babanlı universitetdə tədris və təhsil imkanlarından danışaraq AQSİA ilə əməkdaşlığın tələbələrin təcrübə və iş imkanlarını artıracağını qeyd edib. AQSİA sədri Səkinə Babayeva isə ölkədə qadın sahibkarlar üçün yaradılan şərait və universitetlə əməkdaşlığın innovativ bizneslərin inkişafına, dayanıqlı inkişaf və kadr potensialının artırılmasına töhfə verəcəyini vurğulayıb.
Görüş zamanı gələcək perspektivlər, innovativ bizneslərə dəstək, rəqəmsal iqtisadiyyat və qarşılıqlı təcrübə mübadiləsi də müzakirə edilib.



