Heydər Əliyev Mərkəzində Reza Deqatinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
November 28, 2025AQSİA sədri Səkinə Babayeva Türkiyədə COJEP International Network layihəsini təqdim edib
November 28, 2025Tədbirdə AQSİA-nın sədri Səkinə Babayeva da iştirak edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Ədliyyə Nazirliyi və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə 40-dan çox dövlət qurumu, mediasiya təşkilatı və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib. Müzakirədə çıxış edənlər arasında Ombudsman Səbinə Əliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Mediasiya Şurasının sədri Nadir Adilov və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəsi Quido Ambroso olub.
Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva da iştirak edərək, mediasiya proseslərinin qadın sahibkarlar üçün əhəmiyyəti və əmək mübahisələrinin həllində onların rolunu vurğulayıb.


