Bakıda əmək mübahisələrinin həllində mediasiya prosesləri mövzusunda ictimai müzakirə keçirilib
November 28, 2025AQSİA sədri Səkinə Babayeva Caspian Energy Forumun xüsusi sessiyasında iştirak edib
November 28, 2025“Könüldən Könülə Türkiyə Görüş layihəsi” çərçivəsində rəsmi görüşlər keçirilib
COJEP International Network üzvlərinin “Könüldən Könülə Türkiyə Görüş layihəsi” çərçivəsində Beynəlxalq Əməkdaşlıq Platforması Türkiyədə rəsmi görüşlərlə davam edib. Tədbirlərdə Türkiyə AK Partiyası Qadın Qolları Başkanı Ayşə Keşir və digər partiya nümayəndələri ilə görüşlər həyata keçirilib.
COJEP International prezidenti Ali Gedikoğlu iştirakçılara COJEP Network-un fəaliyyəti, genişlənmə perspektivləri və koordinatorluqlar haqqında məlumat verib. Layihədə iştirak edən QHT-lərin təqdimatı isə Ayşə Keşirə təqdim olunub. Ayşə Keşir çıxışında AK Partiyanın qadın siyasətində rolunu, qadın şöbələrinin fəaliyyətini və siyasətdə qadın iştirakının təşviqini vurğulayıb.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva COJEP layihəsini Ayşə Keşirə təqdim edib və AQSİA-nın fəaliyyəti haqqında məlumat verib. Layihə növbəti dəyərləndirmə mərhələsindədir və Azərbaycanda sağlam qida, aztəminatlı ailələrdən olan qadınların işlə təmin olunması, eləcə də cənub regionlarda fəaliyyət göstərən QHT-lərə təşkilati-texniki xidmətlərin göstərilməsini nəzərdə tutur.



