“Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans və sərgi-satış yarmarkası keçirilib
November 12, 2025Gürcüstan və Azərbaycanın qadın sahibkarları əməkdaşlıq memorandumu imzaladı
November 12, 2025Bakı Biznes Mərkəzində 84 qadın sahibkarın əl işləri satış-sərgidə təqdim olunub


7 dekabr 2017-ci il tarixində Bakı Biznes Mərkəzində ölkədə qadın sahibkarlığının inkişafı, qadınların məşğulluğunun artırılması və bu sahədə sahibkarlığın rolunun gücləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbir İqtisadiyyat Nazirliyi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən təşkil olunub.
Tədbir çərçivəsində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadın sahibkarların əl işlərindən ibarət “Kiçik sahibkarların yaratdıqları” sərgisi nümayiş etdirilib. Sərgi-satışa 150 qadın sahibkar dəvət olunmuş, 84 qadın sahibkar fəal iştirak edərək öz məhsullarını təqdim edib.
Sərgi-satışın əsas məqsədi qadın sahibkarların məhsullarının təşviqi, onların biznes bacarıqlarının artırılması və kiçik sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsi olub. Tədbir iştirakçıları qeyd ediblər ki, belə sərgilər qadın sahibkarların bazara çıxışını asanlaşdırmaq, onların yaradıcılıq və istehsal imkanlarını nümayiş etdirmək baxımından əhəmiyyətlidir.

